Türkiyə Albaniyaya “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) verəcək.
Bu barədə Albaniya hökuməti ilə “Baykar Teknoloji” şirkəti arasında müqavilə imzalanıb.
Paytaxt Tiranada təşkil edilən imzalanma mərasimində çıxış edən Albaniyanın Baş naziri Edi Rama Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Mərasimdə Albaniyanın müdafiə naziri Niko Peleşi, Türkiyənin Tirandakı səfiri Tayyar Kaan Atay və Baykar Texnologiya baş direktoru Haluk Bayraktar da iştirak edib.
Bununla da Albaniya bu PUA-ları alan 27-ci ölkə olub.
Bildirilib ki, ilkin mərhələdə 3 ədəd “Bayraktar TB2” PUA Albaniyaya çatdırılacaq.