5 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Avropa İttifaqına LNG tədarük etməyə başlaya bilər

Türkiyə yeni qanun çərçivəsində Avropa İttifaqına LNG tədarük etməyə başlaya bilər.

Bunu “Yeni Afak”a müsahibəsində Türkiyə LNG Təchizatçılar Birliyinin rəhbəri Yaşar Arslan deyib.

Mövcud Mədən Qanununa nəzərdə tutulan dəyişiklik mayın 2-də Türkiyə Parlamenti tərəfindən qəbul edilib.

Yeni qanuna əsasən, Türkiyə Rusiya və Azərbaycandan Avropaya əlavə həcmdə enerji ehtiyatlarını sürətlə tədarük edə biləcək.

Həmçinin, Türkiyənin enerji bazarını tənzimləyən qaydalara LNG ilə bağlı məsələlər əlavə edilib.

Arslan qeyd edib ki, LNG Avropa İttifaqında təbii qaz bazarının 30%-ni təşkil edir və bu pay sonradan 40%-ə qədər arta bilər.

İş adamı Türkiyədən LNG-nin perspektivli idxalçıları sırasında Böyük Britaniya, İtaliya, Almaniya, eləcə də Yunanıstanı göstərib.

Son xəbərlər
Digər xəbərlər