12 C
Baku
Saturday, November 23, 2024

Türkiyə Avropaya qaz tədarük etməyə hazır olduğunu deyib

Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri İbrahim Kalın Ankaranın Şərqi Aralıq dənizindən Avropaya qaz göndərməyə hazır olduğunu açıqlayıb, Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Bu, Rusiya qazından asılılığı azaltmaq istəyən Avropa İttifaqı üçün alternativ mənbə ola bilər. Əsas alternativlərdən biri Şərqi Aralıq dənizi qazıdır. Türkiyə prosesin bir hissəsi olmağa hazırdır”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, mayın 7-də Türkiyə Qara dənizdəki qaz ehtiyatlarının 45 illik qlobal tələbatı ödəyə biləcəyini deyib.

Qara dənizdə həcmi 405 milyard kubmetr olan əlavə təbii qaz ehtiyatlarının daha bir mənbəyinin aşkarlandığını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin oktyabrında açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər