10 C
Baku
Friday, December 13, 2024

Türkiyə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyanı ilk yarım ildə $622 mln.-a yüksəldib

Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 2024-cü ilin ilk yarısında 622.52 mln. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Türkiyə keçən ilin eyni dövründə ölkəmizin iqtisadiyyatına 575.68 mln. manat birbaşa investisiya yatırmışdı və bu da illik müqayisədə cari ildə 46.84 mln manat və ya 8% artımdır.

Birbaşa investisiyalar — pul yatırılan müəssisə və ya şirkətin idarə edilməsində iştirak etmək və onların fəaliyyətində iştirakdan gəlir əldə etmək üçün maddi istehsala və marketinqə vəsait qoyuluşu (investisiya) (birbaşa investisiya payın nəzarət paketinə malik olmasını təmin edir).

Azərbaycan isə Türkiyə iqtisadiyyatına birbaşa investisiyanı cari ilin ilk yarısında 64.61 mln. manat və ya 148% artımla 108.19 mln. manata yüksəldib.

Son xəbərlər
Digər xəbərlər