10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Azərbaycan iqtisadiyyatına cari ilin ilk yarısı $576 milyon yönəldib

Türkiyədən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 2023-cü ilin birinci yarısında 575.68 milyon ABŞ dolları vəsait yönəldilib.

Banker.az xəbər verir ki, bu da 2022-ci ilin eyni dövründən 94.89 milyon dollar və ya 20 faiz çoxdur.

Türkiyə Böyük Britaniyadan sonra Azərbaycan iqtisadiyyatına investisiya yatıran ikinci ən böyük ölkədir.

Azərbaycandan Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa investisiyanın həcmi isə ilin ilk 6 ayında 43.58 milyon təşkil edib ki, bu da illik müqayisədə 27 faiz azalmadır.

Qeyd edək ki, cari ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına xaricdən yönəlilmiş ümumi investisiyaların həcmi 2 milyard 979.53 milyon dollar olub.

Birbaşa xarici investisiya ya da birbaşa xarici sərmayə qoyuluşu portfel investisiyalarından başqa, bir və ya birdən artıq beynəlxalq investorun hamısına sahib olaraq və ya yerli bir və ya bir neçə firma ilə müştərək halda qoyula bilinən mənbələrin bir başqa ölkəyə daşınmasıdır.

Birbaşa xarici investisiyalar transmilli şirkətlər vasitəsilə reallaşmaqdadır. Çoxmillətli şirkətlərin digər dövlətlərdə investisiya qoymasını səbəbi, investisiyanın öz ölkələrinə görə daha gəlirli olmasıdır. Ancaq bu investisiya qərarında sadəcə gəlirlilik deyil, investisiya riski də nəzərə alınır. Bu risklər investisiyanın qoyulacağı ölkəyə və zamana bağlı olaraq dəyişməklə bərabər, iqtisadi və siyasi formada da ola bilər.

Son xəbərlər
Digər xəbərlər