11 C
Baku
Sunday, November 17, 2024

Türkiyə Azərbaycan qazının idxalını 9%-dək azaldıb

Bu ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycandan 4 450.41 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8.8% azdır.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 4 878.45 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, iyun ayında Türkiyə Azərbaycandan 729.44 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 39,6% çoxdur.

Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin “Botaş” şirkəti və “Şahdəniz” konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, “Şahdəniz-1” çərçivəsində qazın tədarükü azaldılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər