10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 59 % artırıb

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Azərbaycana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 58,8 faiz artıraraq 9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 39,5 faiz artıraraq 1,7 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq 807 milyon dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 117 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 16,1 faiz çoxdur”.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər