Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 44.7 faiz artıraraq 27.6 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Azərbaycana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 27 faiz artıraraq 5.9 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27.3 faiz artaraq 2.8 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 524 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 23 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 5.2 milyard dollar məbləğində sement və şüşə ixrac edib.