Bu ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 5 699.17 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4.5% azdır.
2021-ci ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 5 965.63 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, avqust ayında Türkiyə Azərbaycandan 538.79 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 1.53% azdır.
Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
Qeyd edək ki, idxalın azalması Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin “Botaş” şirkəti və “Şahdəniz” konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, “Şahdəniz-1” çərçivəsində qazın tədarükü azaldılıb.