Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Banker.az-ın məlumatına görə, bununla bağlı nazir öz “Twitter” səhifəsində yazıb.
“İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”, – deyə M.Çavuşoğlu bildirib.