Türkiyə Azərbaycanla ticarət dövriyyəsində kənd təsərrüfatının payını artırmaq niyyətindədir. Bu barədə Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bu gün Bakıda mətbuat konfransanda bildirib.
“Hazırda qarşılıqlı ticarət dövriyyəsində kənd təsərrüfatının payı 7% təşkil edir”, – deyə F.Çelik bəyan edib.
Onun sözlərinə görə, iki ölkə arasında ASK sahəsində ticarət dövriyyəsinin həcmi $120 mln. təşkil edir. “Bu mpvcud potensiala uyğun deyil”, – deyə nazir əlavə edib.
Türkiyəli nazir bildirib ki, tərəflər kənd təsərrafatı sığortası, baytarlıq və s. sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, ötən il Türkiyədən ASK məhsullarının idxalı $100 mln. təşkil edib.