“Azərbaycanla tranzit daşımaları ilə bağlı razılığa gəlmişik”.
Bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu Aktau şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınması ideyasına böyük əhəmiyyət verir: “Regionumuza diqqət hər gün artır”.
Nazir həmçinin bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan-Qars dəmir yolunun inşası tamamlanacaq: “Bu da ölkələrimiz arasında əlaqələri artıracaq”.