17 C
Baku
Sunday, May 12, 2024

Türkiyə bərpa olunan enerji mənbələri üzrə rekord qırıb

Türkiyə iyul ayında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üzrə rekord göstəricilər əldə edib.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Twitter“ hesabında paylaşım edib.

O qeyd edib ki, iyul ayında ölkədə həm Günəşdən, həm də küləkdən elektrik enerjisinin istehsalı üzrə rekord qırılıb. Belə ki, ötən ay Türkiyədə günəş vasitəsilə 2 milyard 7 milyon kVt/saat, küləkdən isə 4 milyard 237 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

“İyulda külək və günəş enerjisindən istehsal olunan elektrik enerjisi ilk dəfə olaraq ümumi istehsalın 21,6 faizini təşkil edib”, – paylaşımda bildirillib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər