12 C
Baku
Monday, November 25, 2024

Türkiyə bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb

Türkiyədə bəzi banklar Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb və bu ölkədən kart almaq istəyən şəxslər üçün tələbləri sərtləşdirib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Mənbələrdən biri Rusiya şirkətlərinin hesablarının 2022-ci ildə bağlandığını, lakin indi bu prosesin intensivləşdiyini bildirib. Əvvəllər söhbət ilk növbədə sanksiyalara məruz qalan şirkətlərdən gedirdi, indi isə digər təşkilatlarla da münasibətlərə xitam verilir.

Məhdudiyyətlər ABŞ Prezidenti Co Baydenin 22 dekabr 2023-cü il tarixli fərmanından sonra sərtləşdirilib. O, ABŞ Xəzinədarlığına Rusiyanın sanksiyaya məruz qalan şəxsləri ilə əməliyyatlar aparmağa kömək edən və ya ölkənin hərbi-sənaye kompleksinə müəyyən material və avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər tətbiq etməyə icazə verib.

“Bloomberg”in yazdığı kimi, Çin dövlət bankları da rusiyalı müştərilərə maliyyə təminatına məhdudiyyətlər tətbiq edir.

Türkiyədə bizneslə məşğul olan mənbələrdən birinə görə, dekabr ayına qədər ölkədə Rusiya ilə işləmək üçün dörd bank olub – iksi “hər şey yeyən”, iksi isə “yarı hər şey yeyən”. Yanvarın 23-də “Economim” qəzeti yazıb ki, türk bankları Rusiyaya ixrac üçün ödənişləri dayandırdıqdan sonra Türkiyə hakimiyyəti vəziyyətə müdaxilə edib. Nəşr xəbər verir ki, “Emlak Katılım” bankı dörd sənayedən malların ixracı üçün Rusiyadan pul köçürmələri həyata keçirməyə başlayıb: qida, tekstil, geyim və ayaqqabı; digər sənaye sahələri – avtomobil və maşınqayırma ilə bağlı problemlər hələ də müzakirə olunur.

Rusiya diplomatları ödənişlər məsələsində Türkiyə hakimiyyəti ilə əlaqə saxlayırlar. Yanvarın 18-də ölkənin dövlət banklarının Rusiyadan əməliyyatları qismən bərpa etməsi barədə məlumat yayılıb.

Son xəbərlər
Digər xəbərlər