2 C
Baku
Sunday, December 15, 2024

Türkiyə banklarının xalis mənfəəti 5 dəfə artaraq $18 mlrd.-ı ötdü

Cari ilin yanvar-oktyabr aylarında Türkiyənin bank sektorunun xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artaraq 335.9 milyard lirəyə (18.02 milyard dollar) çatıb. Oktyabrda sektorun xalis mənfəəti illik müqayisədə 443.9% artaraq 49.7 milyard lirəyə (2.67 milyard dollar) çatıb.

Banker.az bu barədə Türkiyənin Bank Tənzimlənməsi və Nəzarəti Agentliyinə istinadən xəbər verir.

Oktyabrda problemli kreditlərin ümumi nağd kreditlərə nisbəti 2.23% olub. 2021-ci ilin oktyabr ayında isə problemli kreditlərin ümumi nağd kreditlərdə payı 3.5% idi.

Oktyabr ayında kapitalın adekvatlığı əmsalı 19%, əsas kapitalın adekvatlığı isə 15% təşkil edib.

Agentliyin hesabatına əsasən, bankların cəmi aktivləri 13.5 trilyon TL (724.4 milyard USD), cəmi kreditləri isə 7.04 trilyon TL-yə (375.81 milyard USD) çatıb.

Son xəbərlər
Digər xəbərlər