9 C
Baku
Sunday, November 17, 2024

Türkiyə Bolqarıstan vasitəsilə üçüncü ölkələrə qaz nəqlini istisna etmir

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz qazın Bolqarıstan vasitəsilə digər Avropa ölkələrinə nəqlini istisna etməyib.

Bu barədə Türkiyənin “Anadolu Ajansı”na istinadən xəbər verir.

Bolqarıstana ildə 1,5 mlrd. kubmetr qaz tədarükü ilə bağlı 13 illik müqaviləni şərh edən Fatih Dönməz qeyd edib ki, Türkiyənin “Botaş” şirkəti ilə “Bulgargaz” arasında iki ölkə prezidentlərinin İstanbul görüşündən cəmi üç həftə sonra razılıq əldə olunub.

“Türkiyə Bolqarıstanın enerji təhlükəsizliyinə töhfə verir. Ümumiyyətlə, müqaviləyə əsasən, söhbət 20 mlrd. kubmetr qazdan gedir. Lazımi şərait yaradılarsa, Türkiyə Bolqarıstan vasitəsilə qaz ticarətini təşkil edə, yəni üçüncü ölkələrin qaza olan tələbatını ödəyə bilər”, – nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər