9 C
Baku
Friday, December 13, 2024

Türkiyə Böyük Millət Məclisi Azərbaycana dəstək verdi

Türkiyə Böyük Millət Məclisi son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində hücum cəhdləri ilə bağlı açıqlama yayıb.

Açıqlama Türkiyə parlamentində təmsil olunan dörd siyasi təşkilat – hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiya tərəfindən qəbul olunub.

“Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu qəti şəkildə pisləyirik”, – deyə qeyd edilir.

Açıqlamada Ermənistanın təhlükəli yolda olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini illərdir işğal altında saxlayan Ermənistanın hücumu Cənubi Qafqazda daimi sülhə əngəldir. Partiyalar Ermənistanın bu davranışını beynəlxalq hüquqa zidd adlandırıblar və beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə lazımi reaksiya verməyə çağırıblar.

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi təkrar edirik”, – deyə Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiyanın birgə açıqlamasında vurğulanır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər