16 C
Baku
Friday, October 18, 2024

Bloomberg: Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib

Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.

Agentlik bildirir ki, assosiasiyanın genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində baxıla bilər.

BRICS ittifaqı 2006-cı ildə yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çini əhatə edib. 2010-cu ildə təşkilata Cənubi Afrika qoşulub və onun adı dəyişdirilərək BRICS olub. 2024-cü il yanvarın 1-dən Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya assosiasiyaya qoşulub.

Son xəbərlər
Digər xəbərlər