Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə əlavə 60 milyon doza “Pfizer” vaksini əldə edəcək.
“Reuters”in verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dərman istehsalçısı “Pfizer Inc” və onun almaniyalı tərəfdaşı “BioNTech SE”nin birgə bəyanatında qeyd olunub.
Türkiyədə tam qapanmadan sonra normallaşma prosesi başlayır
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb
Avropa Parlamentinin Prezidenti: “Rusiya geri addım atmalıdır”
Bildirilib ki, son razılaşmada Türkiyəyə seçimdən asılı olaraq əlavə 30 milyon doza peyvəndin çatdırılması da nəzərdə tutulub. Bununla da Türkiyənin 2021-ci ildə əldə etməsi planlaşdırılan “Pfizer” vaksininin ümumi doza sayı 120 milyona çatdırılıb. Həmin vaksinlərin ölkə əhalisinin 60 milyon nəfərinin peyvəndlənməsi üçün istifadə ediləcəyi bildirilir.
Son göstəricilərə əsasən, Türkiyədə 26 537 163 doza COVID-19 vaksini tətbiq edilib ki, bu da əhalinin 16 faizinə kifayət edir.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da bu həftə açıqlamasında 10 milyon doza “Sinovac”, payıza qədər isə 90 milyon doza “Pfizer” peyvəndinin alınacağını bildirib. F. Qoca əhalinin peyvəndlənməsinin planlandığı kimi gedəcəyi təqdirdə ölkədə kütləvi immunitetin yayın ortalarında əldə edilməsinin mümkün olduğunu qeyd edib.