2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 139.454 milyon dollar təşkil edib.
Banker.az Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 7,55% artım deməkdir.
Bunun əksinə cari ilin oktyabrında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 13,65 faiz azalaraq, 13.232 milyon dollara bərabər olub.