11 C
Baku
Monday, November 25, 2024

Türkiyə daxili qaz tələbatının yarıdan çoxunu öz hasilatı hesabına ödəməyi planlaşdırır

Türkiyə 2030-cu ildə daxili qaz tələbatının yarıdan çoxunu öz hasilatı hesabına ödəməyi planlaşdırır.

Bunu bazar ertəsi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Energetikada Türkiyə əsri” sammiti çərçivəsində təşkil edilən xüsusi sessiyada deyib.

Energetika Nazirliyinin rəhbəri Qara dənizdəki böyük “Sakarya” qaz yatağının işlənməsinə diqqət çəkib.

Reklamınızı SmartBee ilə effektiv edin.
Nazirin sözlərinə görə, təxminən 3 ildən sonra bu yatağın işlənməsinin ikinci mərhələsi başa çatdıqdan sonra qaz hasilatı 15-16 milyard kubmetrə çatacaq ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 25 faizini ödəyəcək.

F,Dönməz xatırladıb ki, Türkiyədə illik qaz istehlakı 55-60 milyard kubmetr arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər