21 C
Baku
Saturday, September 20, 2025

“Türkiyə-Ermənistan normallaşması bizim üçün Aİ ilə quru əlaqəsini təmin edəcək”

Türkiyə ilə münasibətlərin normallaşması Ermənistana Avropa İttifaqı (Aİ) ilə quru əlaqəsini təmin etməyə imkan verəcək.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı bildirib.

“Türkiyə ilə aktiv dialoqlarımız göstərir ki, yaxın gələcəkdə Türkiyə ilə, həm də Avropa İttifaqı ilə quru nəqliyyat əlaqəmiz olacaq”, – o bildirib.

N.Paşinyanın sözlərinə görə, Ermənistan 2026-cı ilin iyununda parlament seçkilərində hakim partiyanın qələbəsi halında “balanslaşdırılmış xarici siyasətlə ziddiyyətə girmədən” Avropa İttifaqına üzvlük üçün səylərini gücləndirəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər