Türkiyə ərazisindən Suriyaya humanitar yüklərin daşınması üçün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.
Bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
“Bu qərar layihəsinin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndəriləcək humanitar yardım yüklərinin Türkiyə ərazisindən quru yolu ilə daşınması zərurəti ilə şərtlənir”, – qərarda deyilir.