Türkiyənin “Şişecam” fabriki, Avropa bazarında yeni bir sərmayəyə hazırlaşır.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, Sərmayəni reallaşdırmaq üçün Macarıstanda yüzdə 100 paya sahib bir şirkət qurulmasına qərar verilib.
Şirkətin açıqlamasında bildirilib ki, Avropadakı şüşə qablaşdırma zavodunun 2023-cü ilədək fəaliyyətə başlanması nəzərdə tutulub.
Qeyd edək ki, Şişecam, Türkiyənin şüşə ehtiyaclarını ödəmək üçün İstanbulda, 4 iyul 1935-ci ildə qurulmuş şüşə fabrikidir.