11 C
Baku
Monday, November 25, 2024

Türkiyə-Finlandiya-İsveç liderləri sabah Madriddə görüşəcək

Türkiyə, Finlandiya və İsveç liderləri sabah Madriddə görüşəcək.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Yens Stoltenberq bildirib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Finlandiya Prezidenti Sauli Niinistönü və İsveç Baş naziri Maqdalena Anderssonu Madridə görüş üçün dəvət edib və liderlər bu təklifi qəbul edib. O deyib ki, görüş iyunun 28-də baş tutacaq.

“Məqsəd Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələrdə irəliləyiş əldə etməkdir. Mən hər hansı bir söz vermək istəməzdim, ancaq bəyan edirəm ki, biz bu məsələ istiqamətində fəal işləyirik və əlbəttə ki, müttəfiqimizin, Türkiyənin də təhlükəsizlik narahatlıqlarını diqqətə alırıq. Finandiya və İsveç NATO-ya üzv olmaqla bağlı tarixi qərar veriblər, bu bizim təhlükəsizliyimizi, Transatlantik regionu gücləndirəcək və regionda sabitliyə və təhlükəsizliyə töhfə verəcək”, – NATO Baş katibi vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər