Gəmilərin Bosfor boğazı ilə hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.
“Saat 08:20-də əlverişsiz hava şəraiti ilə əlaqədar Bosfor boğazı hər iki istiqamətdə keçid üçün bağlanıb”, – nazirliyin məlumatında deyilir.