6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazından keçməsi üçün rüsumları artırır

İyulun 1-dən Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları artıracaq.

Bunu nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, – nazir bildirib.

A.Uraloğlu vurğulayıb ki, bu qərarı boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.

Son xəbərlər
Digər xəbərlər