Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.
Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanda ümumi mərkəzdə çalışan Türkiyə Silahlı Qüvvələrinin mandatının bir il müddətinə uzadılmasını nəzərdə tutan prezident qanun layihəsi parlamentin ümumi yığıncağında qəbul edilib.