Türkiyə hava hücumundan müdafiə sistemlərinin istehsalına başlayır

Türkiyə kütləvi şəkildə yerli hava hücumundan müdafiə sistemləri istehsal etməyə başlayır.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında bildirib.

O qeyd edib ki, hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Siper, Hisar və Sunqur sistemlərinin kütləvi istehsalına başlanılır.

Həmçinin, iclas zamanı 5 saat havada qalaraq ilk sınaq uçuşunu uğurla həyata keçirən, pilotsuz reaktiv qırıcı “Qızılelma”nın son vəziyyəti dəyərləndirilib. Onun İHA-lara yeni imkanlar qazandırması məsələləri müzakirə edilib.

Qeyd olunub ki, F-16-lar modernləşdirilərək yenidən istehsal ediləcək.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər