8 C
Baku
Monday, November 18, 2024

Türkiyə hökuməti İrəvana təyyarə uçuşlarına dair məsələni araşdırır

Türkiyə hökuməti İstanbul – İrəvan təyyarə uçuşlarına başlamaq barədə yerli və Ermənistan hava yolu şirkətlərinin müraciətlərini araşdırır.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.

Nazir bu məsələyə dair mövqelərinin ilkin olaraq müsbət olduğunu deyib: “Bu xətdə hansı şirkətlərin xidmət göstərəcəyi yaxın günlərdə bəlli olacaq”.

M.Çavuşoğlu 44 günlük müharibədən bu yana Türkiyənin və Azərbaycanın dəfələrlə Ermənistanla bağlı müsbət bəyanat verdiklərini xatırladıb: “Rəsmi Bakının İrəvanla əhatəli sülh sazişi ilə bağlı çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu ismarışlar məsələyə Azərbaycanın da, Türkiyənin da yanaşmasını əks etdirir”.

Qafqaz regionunda sülh, sabitlik, iqtisadi inkişafın tərəfdarı olduqlarını diqqətə çatdıran türkiyəli nazir Ermənistanın da regionda davamlı sülh və sabitlik istiqamətində addım atacağına ümidvar olduqlarını deyib:

“Bizim niyyətimiz bəllidir. Azərbaycanın bircə məqsədi olub, o da Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarını geri qaytarmaqdır. Nəticə olaraq sülh sazişinə çağırış edən məhz Bakıdır. Deməli, Azərbaycanın mövqeyi tam konstruktivdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər