23 C
Baku
Friday, April 26, 2024

Türkiyə hökuməti partlayış baş verən mədəndə işləri dayandırıb

Türkiyə hökuməti partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.

Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

“Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb”, – nazir bildirib.

Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər