Ankarada Türkiyə Nazirlər Kabinetinin iclası başlayıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda ölkədə baş verən zəlzələlərin fəsadlarının aradan qaldırılması və 14 mayda keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin müzakirə olunması gözlənilir.