10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə holdinqinə Pirallahı Sənaye Parkında 50 hektar ərazi veriləcək

Azərbaycanda əczaçılıq məhsullarının satışı və istehsalı sahəsinə investisiya qoymaq istəyən Türkiyənin “Demirören Holdinq”inə İqtisadiyyat Nazirliiyinin Pirallahı Sənaye Parkında 50 hektar ərazi veriləcək.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumatda deyilir ki, sözügedən layihədə nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC də iştirak edəcək. İnvestisiya layihəsində yerli universitetlərlə birgə təhsil proqramlarının reallaşdırılması də öz əksini tapıb.

Xatırladaq ki, layihə ilə bağlı anlaşma memorandumu bu il dekabrın 6-da imzalanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər