25 C
Baku
Monday, June 23, 2025

Türkiyə Hörmüz boğazına alternativ olaraq “Orta Dəhliz”də işlərini gücləndirir

Türkiyə Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas nəqliyyat arteriyası olan Hörmüz boğazının mümkün bağlanması risklərini minimuma endirmək üçün quru və dəniz logistika marşrutlarını fəal şəkildə inkişaf etdirir.

“Hürriyet” qəzeti yazir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Boğazın bağlanacağı təqdirdə etibarlı alternativlərə ehtiyacımız var, ona görə də biz “İnkişaf Yolu” və “Orta Dəhliz” layihələrini həyata keçiririk”, – deyə nazir izah edib.

e5549b68 a614 3bfc b0bf 783fed6a6e1d

Onun sözlərinə görə, “İnkişaf Yolu”nun 2,1 min km-i Türkiyə ərazisindən keçir və bura təxminən 24 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Paralel olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) gücləndirilir ki, burada da marşrutun 2,2 min km-i Türkiyədən keçir. Bu marşrutun əsas hissələrinin tikintisi artıq başa çatıb.

Layihələr tam istifadəyə verildikdən sonra yüklərin Avropaya çatdırılma müddətləri “İnkişaf Yolu” ilə 25 günə, “Orta Dəhliz” vasitəsilə isə rekord səviyyəyə – 13 günə enəcək. “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Xəzər dənizindən keçməklə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirir. 2024-cü ildə Çindən “Orta Dəhliz”lə daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər