“Fitch” beynəlxalq retinq agentliyi Türkiyənin suveren reytinqini “BBB-” bəndindən “BB+” bəndinədək endirib. Reytinq üzrə proqnoz sabit saxlayıb.
Beləliklə, Türkiyənin suveren reytinqi investisiya oluna bilən səviyyədən bir pillə aşağı salınıb.
Qeyd edək ki, Azərbaycan, Bəhreyn, Portuqaliya kimi ölkələr də analoji reytinqə malikdir.
“Fitch” ilə yanaşı, “Moody’s” və “S&P” reytinq agentlikləri də Türkiyənin reytinqini qeyd edilən səviyyəyə endirib.
“Fitch” qeyd edir ki, 2016-cı ilin ikinci yarısında Türkiyədə iqtisadi artım tempi olduqca zəifləyib. “Siyasi və təhlükəsizlik sahəsindəki problemlər iqtisadi aktivliyə və qurumların müstəqilliyini zəiflədib”, – deyə agentliyin açıqlamasında bildirilir.
Reytinq açıqlandıqdan sonra Türkiyədə dollar 3,8833 lirəyədək bahalaşıb.