İkitərəfli ticarət ABŞ dolları ilə deyil, yerli pullarla aparılacaq.
Türkiyə və İran arasında ticarət dövriyəsinin üçdə bir hissəsi bundan sonra milli valyutalarla, yəni Türk lirəsi və İran rialı ilə gerçəkləşdiriləcək. Bu barədə Türkiyənin inkişaf naziri Cevdet Yılmaz Konyada mətbuata verdiyi açıqlamada bildirib. İkitərəfli ticarətin ABŞ dolları ilə deyil, yerli pullarla aparılması valyuta mübadiləsi ilə bağlı ticarət xərclərinin azalmasına kömək olacaq.
Türkiyə-İran Birgə İqtisadi Komissiyasının Konyada keçirilən növbəti toplantısında ticarət dövriyəsinin gücləndirilməsinin böyük uğur əldə etdiklərini və protokola 30 adda yeni məhsul əlavə etməklə ikitərəfli ticarəti asanlaşdırmağa çalışdıqlarını bildirib.
Nazirin sözlərinə görə, 2015-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 10 milyard dollar təşkil edib. Cevdet Yılmaz ticarət həcmini 30 milyard dollara çatdırmaq niyyətində olduqlarını diqqətə çatdırıb. Təkcə ötən il İrana ixrac olunan məhsul və xidmətlərin həcmi 0.3 faiz artıb.
Nazir eyni zamanda İstanbul Birjası ilə Tehran birjası arasında ortaq əlaqələrin inkişaf etdirilməsi üçün lazımı addımların atılacağını qeyd edib.
ANS-Press