10 C
Baku
Friday, December 13, 2024

Türkiyə ilə Malaziya ticarət həcmini $5 milyarda çatdıracaq

Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb.

“Strateji tərəfdaşımız Malaziyanın Baş naziri İsmail Səbri Yaakobla görüşdük. Onun ötən ay ölkəmizə səfəri zamanı qəbul edilmiş qərarları nəzərdən keçirdik”, – M.Çavuşoğlu tviterdə yazıb.

O, tərəflərin yenilənmiş Azad Ticarət Sazişi imzalayacağını vurğulayıb.

Türkiyə və Malaziya ticarət həcmini 5 milyard ABŞ dollarına çatdırmaq, həmçinin enerji, turizm, nəqliyyat və texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər