Türkiyə Qazaxıstanın stabilliyi, rifahı və ərazi bütövlüyünə dəstək və önəm verir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşü zamanı deyib.
O qeyd edib ki, Qazaxıstan liderinin Türkiyəyə səfəri çərçivəsində imzalanan 14 sənədə əlavə olaraq, daha 6 anlaşma imzalanacaq.
***
Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalanıb.
Bunu Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında sənədlərin imzalanması tədrbirindən sonra keçirilən mətbuat konfransında bildirib.
O, Qazaxıstanın birinci dərəcəli “Dostluq” dövlət nişanı ilə təltif olunmasını “sürpriz” adlandırıb: “Bu mənim üçün çox fərqli bir sürpriz oldu”.
Türkiyə lideri iki ölkə arasında əməkdaşlığın dərinləşməsindən danışaraq bu gün 6 müqavilə imzaladıqlarını söyləyib: “Ümumilikdə ölkələrimiz arasında imzalanan müqavilələrin sayı 20-yə çatıdı”.
Ərdoğan deyib ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi ötən il 5 milyard dollar səviyyəsini aşıb: “Hədəfimiz 10 milyard dollara doğru əmin addımlarla irəliləyirik”.