8 C
Baku
Monday, November 18, 2024

“Türkiyə ilə razılaşmaları yayda həyata keçirmək məntiqli olardı”

“Türkiyə ilə əldə olunan razılaşmaları yayın sonuna qədər həyata keçirmək məntiqli olardı”.

Bunu Ermənistan tərəfinin Türkiyə ilə danışıqlarda iştirak edən xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Son görüşümüz zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olundu. Məsələnin texniki detalları hər iki ölkənin müvafiq qurumları tərəfindən hələ razılaşdırılmalıdır. Bura isə sərhədi haradan və necə keçmək mümkün olacağı barədə və s. məsələlər daxildir”, – deyə Rubinyan söyləyib.

Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş baş tutub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər