Türkiyə və Rusiya arasında Dağlıq Qarabağ bölgəsində atəşkəsə nəzarət mərkəzinə dair protokol imzalanıb.
Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün səhər saatlarında Dağlıq Qarabağ bölgəsində atəşkəsə nəzarət və monitorinq üçün ortaq Türkiyə-Rusiya mərkəzi haqqında anlaşma memorandumu imzalanıb”, – prezident qeyd edib.