10 C
Baku
Friday, December 13, 2024

Türkiyə ilk dəfə pilotsuz helikopterlər alır

Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və yüklərin çatdırılması üçün istifadə olunacaq dörd pilotsuz helikopter alacaq.

Banker.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.

Nəşrin məlumatına görə, süni intellektə malik ilk helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizəyə cəlb olunacaq. Belə platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində tələbat var, çünki burada tez-tez kürd yaraqlılarına qarşı əməliyyatlar aparılır.

Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir.

Qəzet helikopteri yaradan “TITRA” şirkətinin nümayəndələrinə istinadən yazır ki, pilotsuz helikopter hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.

Şirkət, həmçinin bildirib ki, pilotsuz təyyarənin alınması ilə bağlı müraciətlər xaricdən, əsasən də neft hasil edən ölkələrdən gəlir. Pilotsuz helikopterin çəkisi 250 kq-dır. O, 8 saat havada qala və 6,5 km hündürlükdə uça bilir.

Son xəbərlər
Digər xəbərlər