6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə ilk yerli təlim təyyarəsini istehsal edəcək

Türkiyənin TUSAŞ şirkəti Türk Hava Yolları aviaşirkəti üçün ilk yerli təlim təyyarələrini istehsal edəcək.

Türk Hava Yolları Uçuş Təhsili və Hava Limanı Əməliyyatları (TAFA-Turkish Airlines Flight Academy) ilə TUSAŞ şirkəti arasında 20 ədəd təkmühərrikli pilot təlim təyyarəsinin istehsalına dair müqavilənin imzalanma mərasimi keçirilib.

Məlumata əsasən, tədbirdə çıxış edən THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Prof. Dr. Ahmet Bolat bildirib ki, şirkət 20 təyyarənin istehsalı ilə kifayətlənməyəcək və təyyarələrin sayının artırılacağı gözlənilir.

A.Bolat onu da qeyd edib ki, TUSAŞ bütün dünya ölkələrinə təyyarə ixrac etməyi planlayır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər