Azərbaycan 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 4 milyard 899 milyon dollar sərmayə qoyub.
“Sanayigazetesi”inə istinadən, Azərbaycan bu götərici ilə Türkiyə iqtisadiyyatına sərmayə yatıran dövlətlər arasında 12-ci yerdə qərarlaşıb.
Siyahıya isə Hollandiya başçılıq edir. Bu ölkə Türkiyə iqtisadiyyatına 22 milyard 15 milyon dollar sərmayə qoyub. ABŞ 11 milyard 198 milyon dollarla siyahıda ikinci, Avstriya 9 milyard 759 milyon dollarla isə 3-cü yerdədir.
2017-ci ilin yanvar-fevral aylarında isə Türkiyə iqtisadiyyatına qoyulan sərmayəni həcmi 129 milyon dollar olub.