25 C
Baku
Tuesday, May 21, 2024

Türkiyə iqtisadiyyatındakı çətinliyi geridə qoyduğunu bəyan etdi

Türkiyə iqtisadiyyatı bütün sınaqlardan ləyaqətlə çıxdı.

Bu fikirləri Türkiyənin maliyyə naziri Berat Albayrak Nyu-Yorkda keçirdiyi görüşləri zamanı bildirib.

Onun fikrincə, əgər hər hansı inkişaf etmiş ölkə Türkiyənin qarşılaşdığı sınaqlardan keçsəydi, onun çox ciddi iqtisadi problemləri olardı.

“Mənfi hadisələr iqtisadiyyatın gücünə görə Türkiyəyə az zərər verdi. Türkiyə iqtisadiyyatının siyasi stabilliyi sayəsində bütün sınaqlardan çıxdı. Bizim gələcəkdə gözlənilən çətinliklərdən xəbərimiz var. Ancaq biz yol xəritəsi hazırlamışıq və ona riayət edəcəyik”, – Albayrak deyib.

Nazirin sözlərinə görə, Türkiyə bütün hücumları dəf edib və iqtisadiyyatın balanslaşdırılma prosesinə başlayıb.

O əlavə edib ki, yaxın vaxtlarda Türkiyə iqtisadiyyatı üçün vacib olan islahatların keçirilməsi ilə bağlı addımlar atılacaq.

Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər