9 C
Baku
Wednesday, November 13, 2024

Türkiyə iqtisadiyyatının xalis borcu 250 mlrd. dollara çatıb

Türkiyə iqtisadiyyatının 2016-cı il oktyabrın 1-nə aktivləri 8,554 trln. lirə (2,280 trln. ABŞ dolları), öhdəlikləri isə 9,488 trln. lirə (2,530 trln. ABŞ dolları) təşkil edib. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu, Türkiyə iqtisadiyyatının 935 mlrd. lirə və ya 250 mlrd. dollar kəsirinin və ya xalis borcunun olduğunu göstərir.

Xalis borcun strukturunda ən böyük kəsir özəl sektora aiddir. Onun xalis borcu 1,517 trln. lirə və ya 404 mlrd. dollar təşkil edir. Qeyd edək ki, son zamanlar lirənin məzənnəsinin zəifləməsi özəl şirkətlərin xarici valyutada borclarının lirə ekvivalentində artmasına gətirib çıxarıb.

Dövlət sektorunun xalis borcu isə 369 mlrd. lirə və ya 98 mlrd. dollara bərabərdir. Türkiyə Mərkəzi Bankının (TCMB) 15 mlrd. lirə və ya 4 mlrd. dollarlıq, kommersiya banklarının isə 116 mlrd. lirə və ya 31 mlrd. dollarlıq müsbət saldosu yaranıb. Sığorta və pensiya şirkətlərinin xalis borcu isə 1 mlrd. dollardır.

Türkiyədə əhalinin borcunun ÜDM-də xüsusi çəkisi 18% təşkil edir. Xarici vətəndaşların iqtisadiyyatı 1,12 trln. lirə və ya 299 mlrd. dollarla xalis maliyyələşdirdiyi bildirilir.

Son xəbərlər
Digər xəbərlər