6 C
Baku
Saturday, December 14, 2024

Türkiyə İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır

Türkiyə Dövlət Dəmir Yolları (TCDD) İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır.

Bu barədə Türkiyə mətbuata istinadən xəbər verir.

“Bunun həyata keçirildiyi təqdirdə, Türkiyədən başlayacaq səfərlər bu ölkələrdəki şəhərlərdə başa çatacaq. Turist qatarlarının ilin bütün aylarında həyata keçirilməsi planlaşdırılır”, – məlumatda deyilir.

Türkiyə dəmir yollarındakı turistik qatar xətlərini çeşidləndirərək sayını artırır. Şərq Ekspresi, Diyarbəkir Ekspresi, Qərbi Qara dəniz (Duz) Ekspresi və Tatvan Ekspresi ilə turizmə töhfə verən TCDD, yeni qatar marşrutlarını səyahətsevərlərin marağına təqdim etməyə hazırlaşır. Belə ki, Konya-Adana Toros Ekspresi, Adana-Qaziantep Qastronomiya Ekspresi, Göllər Ekspresi və Efes Ekspresinin 2025-ci ildə həyata keçirilməsini planlaşdırır. Bununla da Türkiyə daxili turist ekspress xətlərinin sayı 8-ə çatdırılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər