6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə işğaldan azad olunan ərazidə iki müəssisə yaradır

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki bildirib.

Onun sözlərinə görə, Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi üçün layihələr hazırlanıb. Nazir müavini qeyd edib ki, işlər sürətlə həyata keçirilir:

“Türkiyə Azərbaycanla meşəçilik sahəsində texniki əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli əlaqələri daha yaxşı səviyyəyə çatdırmaq üçün lazımi səyləri göstərəcək”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər