İyunun 12-də Türkiyə-İsveç NATO üçtərəfli görüşü keçiriləcək.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı İsveçin NATO-ya üzv olmaq üçün imzaladığı memoranduma dair irəliləyişə nail olub-olmaması məsələsi müzakirə olunacaq.
Türkiyə İsveçin üzvlük üçün Madriddə imzalanan üçtərəfli memorandumdakı maddələrin yerinə yetirilməli olduğunu bildirir. Konstitusiya dəyişikliyi və 1 iyundan terrorla mübarizədə yeni qanunun qüvvəyə minməsini müsbət qiymətləndirilsə də, praktikada nələrin baş verəcəyini izləmək lazım olduğu vurğulanır.