Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyadakı səfirlərini dəyişib, Banker.az bu barədə “Haqqın.az”a istinadən xəbər verir.
Məlumata görə, Ərdoğanın imzası ilə 25 ölkəyə yeni səfirlər təyin edilib. Beləliklə, beynəlxalq tanıtım və mədəniyyət üzrə baş menecer vəzifəsində çalışmış Dəniz Çakar Finlandiyadakı səfir, Türkiyə Xarici İşlər Nazirliyində çalışmış Can Tezel isə İsveç səfirliyinə təyin edilib.