10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə İsveçlə siyasi məsləhətləşmələr aparacaq

İyunun 29-da Ankarada Türkiyə ilə İsveç arasında müntəzəm siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyasi məsləhətləşmələr xarici işlər nazirinin müavini Faruk Kaymakçı və İsveç dövlət katibi Robert Rydberqin həmsədrliyi ilə baş tutacaq.

Tərəflər arasında Türkiyə-İsveç ikitərəfli münasibətlərinin hərtərəfli müzakirə ediləcəyi, digər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.

Son xəbərlər
Digər xəbərlər